Misli Premyer Liqasının X turunda keçirilən "Araz-Naxçıvan" - "Zirə" oyunundan sonra mətbuat konfransında baş məşqçi Yuri Maksimovun səsləndirdiyi fikirlər: "Komandama qazandığımız 1 xala görə təşəkkür edirəm. Qələbə hesabını qorumaq üçün çalışdılar, amma gücümüz çatmadı. Düzdür, 2:0 öndə olan zaman fərqi artırmaq imkanlarımız oldu. Futbolçularda sanki həyəcan var. Bu da komandanın turnir cədvəlinin sonuncu pilləsində olmasından irəli gəlir. Əgər orta pillələrdə yer alsaydıq, onlar daha rahat oynayarlar".